• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Vüqar Kərimov: Azərbaycan Türkiyə ilə Qarabağda tingçilik mərkəzi tikir

    13

    iyn

    Vüqar Kərimov: Azərbaycan Türkiyə ilə Qarabağda tingçilik mərkəzi tikir

    Qarabağda müasir texnologiyalar əsasında yeni tingçilik təsərrüfatı yaradılır. İşğal dövründə ermənilər tərəfindən məhv edilmiş yaşıllıq sahələrinin bərpasında bu tinglərdən istifadə ediləcək. Məhv edilmiş yaşıllıq sahələrini sürətli şəkildə bərpa etmək üçün yaradılan ağıllı ting təsərrüfatında müxtəlif növ ağac və gül kollarından ibarət tinglər yetişdiriləçək.

    Ekologiya.az xəbər verir ki, bu fikirləri Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.


    "Bir il ərzində bu təsərrüfatda 2 milyona yaxın ting yetişdiriləcək. Türkiyə və Azərbaycanla birgə Cəbrayıl rayonu ərazisində yeni tingçilik təsərrüfatı mərkəzi də tikilir.

    Bu mərkəzin ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Türkiyə erməni işğalı zamanı məhv edilmiş meşə örtüyünün bərpasına da mühüm töhfə verəcək", - o qeyd edib.

    Tarix : 13-06-2025, 17:53 | Oxunub: 5 824