• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

    14

    iyn

    DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

    İyunun 13-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqədar 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

    Tarix : 14-06-2025, 12:20 | Oxunub: 1 056