• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

    16

    iyn

    Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

    Həftəsonu qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

    Ekologiya.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.


    Bildirilib ki, iyunun 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 3 alışdırıcı, 10 tüfəng, 14 patron darağı və 216 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Tarix : 16-06-2025, 13:20 | Oxunub: 1 248