• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis əməliyyat keçirdi - Saxlanılan var

    17

    iyn

    Polis əməliyyat keçirdi - Saxlanılan var

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb.

    R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Tarix : 17-06-2025, 09:34 | Oxunub: 1 152