• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qaxın turizm potensialının inkişafı üzrə yeni fəaliyyət planı müzakirə edilib

    17

    iyn

    Qaxın turizm potensialının inkişafı üzrə yeni fəaliyyət planı müzakirə edilib

    Qax rayonunun turizm imkanlarının inkişaf etdirilməsi və dayanıqlı turizm modelinin formalaşdırılması məqsədilə Qax Turizm İnkişaf Planı üzrə işçi qrup əməkdaşlıq və koordinasiya məsələlərini müzakirə etmək üçün görüş keçirib.

    Dövlət Turizm Agentliyindən (DTA) Musavat.com-a verilən məlumta görə, tədbirdə DTA, Qax Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, assosiasiya rəhbərləri, regionda fəaliyyət göstərən turizm sənayesi və rayon bələdiyyələrinin nümayəndələri iştirak ediblər.

    Görüş zamanı infrastrukturun təkmilləşdirilməsi, rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması, marketinq və rəqəmsallaşmanın gücləndirilməsi, xidmət səviyyəsinin artırılması və insan resurslarının inkişafı olmaqla, 5 əsas istiqaməti əhatə edən yeni fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

    Bildirilib ki, fəaliyyət planı çərçivəsində Qax rayonunun beynəlxalq turizm mərkəzinə çevrilməsi, yerli icmaların sosial və iqtisadi rifahının yaxşılaşdırılması hədəflər sırasındadır. Hədəflərə çatmaq məqsədilə tərəfdaş qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılaraq ilkin razılaşmalar əldə olunub.

    Tarix : 17-06-2025, 15:15 | Oxunub: 1 680