• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Paytaxtın daha 3 ünvanında mindirib-düşürmə yerləri yaradılıb

    23

    iyn

    Paytaxtın daha 3 ünvanında mindirib-düşürmə yerləri yaradılıb

    Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün daha 3 ünvanda xüsusi yerlər yaradılıb.

    Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.


    Bildirilir ki, növbəti belə yerlər Rəşid Behbudov küçəsində (Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısı), Rəşid Behbudov və Mikayıl Rəfili, eləcə də 28 May və Fikrət Əmirov küçələrinin kəsişmələrində təşkil edilib. Ərazilərdə müvafiq lövhələr də yerləşdirilib.

    "Mindirib-düşürmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir. Bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır", - qurumdan qeyd olunub.

    Tarix : 23-06-2025, 19:25 | Oxunub: 1 176