• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb

    20

    avq

    Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb

    Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün xüsusi yerlərin yaradılması davam etdirilir.

    Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, növbəti belə yerlər Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin kəsişməsində (“Caspian Plaza”nın qarşısı), eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində (2 saylı “ASAN Xidmət” mərkəzinin yaxınlığı) təşkil edilib.

    Hər iki ünvanda müvafiq lövhələr yerləşdirilib.

    Tarix : 20-08-2025, 17:55 | Oxunub: 1 888