• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib

    18

    iyl

    Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib

    Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib.

    Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

    Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü Qurbanov Firudin Alxas oğlu və 2009-cu il təvəllüdlü Cəfərov İzzət Eldəniz oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.

    Tarix : 18-07-2025, 10:12 | Oxunub: 928