• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir

    29

    iyl

    DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir

    Polis əməkdaşları tərəfindən paytaxt ərazisində ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ekologiya.az-a verilən xəbərə görə, tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

    Sürücülərə qanunvericiliyin tələbləri izah edilərək qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükələr yaratdığı diqqətə çatdırılır.

    Bu cür neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

    DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - VİDEO DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - VİDEO DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - VİDEO DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - VİDEO DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - VİDEO DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - VİDEO

    Tarix : 29-07-2025, 15:42 | Oxunub: 1 344