• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Su polisi Mingəçevirdə qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə tədbir keçirib

    28

    dek

    Su polisi Mingəçevirdə qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə tədbir keçirib

    Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə hüquqazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ekologiya.az -a verilən məlumata görə, Mingəçevir su anbarında və Kür çayında qanunla qadağan edilmiş vasitələrdən istifadə edilməklə həyata keçirilən balıq ovuna, eləcə də ekoloji cinayətlərə qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar balıqçılarla profilaktiki söhbət aparılıb, onlara qanun pozuntusuna yol verməmək tövsiyə olunub.

    Həmçinin, polis əməkdaşları tərəfindən yol kənarında, müəyyən edilməmiş yerlərdə balıq satışını həyata keçirən şəxslərə qarşı nəzarət-yoxlama tədbirləri keçirilib. Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

    Tarix : 28-12-2023, 08:33 | Oxunub: 1 707