• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakının Məmməd Araz küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

    01

    avq

    Bakının Məmməd Araz küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

    Sabah saat 08:00-dan avqustun 3-ü saat 22:00-da qədər Bakının Nərimanov rayonunun Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    "Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    "Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

    Tarix : 1-08-2025, 11:30 | Oxunub: 1 480