• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

    03

    mar

    Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

    Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinə qədərki hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Ekologiya.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

    "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

    Tarix : 3-03-2026, 18:05 | Oxunub: 1 168