• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah 41 dərəcə isti olacaq

    01

    avq

    Sabah 41 dərəcə isti olacaq

    Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +40 dərəcəyə yaxın olacaq.


    Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +36 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək , dağlarda gecə +15 dərəcədən +20 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək olacaq.

    Tarix : 1-08-2025, 14:17 | Oxunub: 1 240