• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir

    07

    avq

    Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir

    Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

    Bu barədə Musavat.com-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

    Məlumata əsasən, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.

    Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.

    Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.

    Tarix : 7-08-2025, 16:21 | Oxunub: 1 272