• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şəhər meri dağdan yıxılıb öldü - FOTO

    15

    avq

    Şəhər meri dağdan yıxılıb öldü - FOTO

    Yuxarı Avstriyanın Şpital-am-Pirn şəhərinin meri Eqidius Ekzenberqer dağ yürüşü zamanı həyatını itirib.

    Milli.Az xəbər verir ki, hadisə Karintiya bölgəsində, Nassfeld dağlıq ərazisində baş verib. 67 yaşlı mer həyat yoldaşı ilə birlikdə yürüş edərkən yıxılıb. O, təxminən 15 metr hündürlükdən qayalı əraziyə düşüb və daha sonra 30 metr aşağı sürüşərək aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Polisin açıqlamasına görə, qəza alpinist avadanlığının düzgün istifadə edilməməsi ilə bağlı olub.

    Qeyd edək ki, Eqidius Ekzenberqer uzun illərdir Şpital-am-Pirn şəhərinin meri idi və Avstriya Sosial-Demokrat Partiyasının üzvü kimi fəaliyyət göstərirdi. Partiya rəhbərliyi onun ölümünü dərin kədər hissi ilə qarşılayıb.

    1289624_1.jpg (28 KB)

    Tarix : 15-08-2025, 08:08 | Oxunub: 1 584