• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gədəbəydə dağlıq ərazidə yanğın olub

    02

    sen

    Gədəbəydə dağlıq ərazidə yanğın olub

    Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın olub.

    Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunub. Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

    Tarix : 2-09-2025, 17:20 | Oxunub: 1 536