Rusiyanın şimal Kuril adaları yaxınlığında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyasının rəhbəri Yelena Semenova RİA Novosti-yə məlumat verib.

Hazırda dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Kuril adaları seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün bölgədə mütəmadi olaraq müxtəlif gücdə zəlzələlər baş verir.