• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü külək bədbəxt hadisəyə səbəb olub

    12

    sen

    Güclü külək bədbəxt hadisəyə səbəb olub

    Naxçıvan şəhərində güclü külək nəticəsində bədbəxt hadisə baş verib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb.

    Xəsarət alan 68 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

    Onun vəziyyəti kafi qiymətləndirilir.

    Tarix : 12-09-2025, 01:43 | Oxunub: 1 224