• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kürdəmirdə leysan yağış nəqliyyatın və sakinlərin hərəkətini çətinləşdirib

    12

    sen

    Kürdəmirdə leysan yağış nəqliyyatın və sakinlərin hərəkətini çətinləşdirib

    Kürdəmirdə leysan yağış bir sıra fəsadlar törədib.

    "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, saat 21:30 radələrində yağmağa başlayan güclü yağış həm avtomobillərin, həm də piyadaların gediş-gəlişini çətinləşdirib.

    Yağış suları rayonun Şəhriyar, şəhid Fuad Şirəliyev, Məhəmməd Hadi küçələrini, eləcə də Babək prospektini keçilməz edib. Hazırda rayon ərazisində güclü yağış yağmaqda davam edir.

    Tarix : 12-09-2025, 01:45 | Oxunub: 1 656