• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda 20 yolda “yaşıl dalğa” rejimi tətbiq edildi - SİYAHI

    15

    sen

    Bakıda 20 yolda “yaşıl dalğa” rejimi tətbiq edildi - SİYAHI

    Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində svetoforlara "yaşıl dalğa" rejimi tətbiq edilir.

    Ekologya.az bildrir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

    Həmin küçə və prospektlər aşağıdakılardır:

    1. Rəşid Behbudov küçəsi;
    2. Mikayıl Müşfiq küçəsi;
    3. 28 May küçəsi;
    4. Yusif Səfərov küçəsi;
    5. Məhəmməd Füzuli küçəsi;
    6. Həsən bəy Zərdabi küçəsi;
    7. Səməd Vurğun küçəsi;
    8. Həsənoğlu küçəsi;
    9. Ceyhun Hacıbəyli küçəsi;
    10. Akademik Həsən Əliyev küçəsi;
    11. Əhməd bəy Ağaoğlu küçəsi;
    12. Abbasqulu ağa Bakıxanov küçəsi;
    13. Şah İsmayıl Xətai prospekti;
    14. Mətbuat prospekti;
    14. İnşaatçılar prospekti;
    16. Fətəli xan Xoyski prospekti;
    17. Atatürk prospekti;
    18. Azadlıq prospekti;
    19. Qara Qarayev prospekti;
    20. 8 Noyabr prospekti.

    Tarix : 15-09-2025, 11:35 | Oxunub: 952