• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda tıxac olan yollar açıqlanıb - SİYAHI

    09

    okt

    Bakıda tıxac olan yollar açıqlanıb - SİYAHI

    Bakıda tıxac olan yollar açıqlanıb.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

    3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

    5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

    6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

    9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

    10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

    Tarix : 9-10-2024, 10:55 | Oxunub: 1 424