• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda bəzi yollarda sıxlıq müşahidə olunur - SİYAHI

    04

    yan

    Bakıda bəzi yollarda sıxlıq müşahidə olunur - SİYAHI

    Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Bildirilib ki, hazırda yollardakı vəziyyət:

    1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
    2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
    3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
    4. Zərifə Əliyeva küçəsində;
    5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
    6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
    7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
    8. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
    9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

    Tarix : 4-01-2025, 15:21 | Oxunub: 1 232