• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 15 yolda tıxac var - SİYAHI

    22

    sen

    15 yolda tıxac var - SİYAHI

    Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

    Ekologiya.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    7. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

    8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

    10. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

    11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    14. Babək prospekti, mərkəz istiqamətində;

    15. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

    Tarix : 22-09-2025, 09:06 | Oxunub: 1 008