• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Balakəndə İnterçaydan sel keçib

    27

    sen

    Balakəndə İnterçaydan sel keçib

    Balakəndə İnterçaydan sel keçir, daşqın təhlükəsi yaranıb.

    Məlumata görə, mənbəyini Gürcüstandan götürən və Balakən rayonu ərazisindən keçən İnterçayda suyun səviyyəsi artıb, rayonun Şərif kəndində təhlükə yaranıb.

    Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, Gürcüstana yağan güclü yağışlar çayda sululuğu artırıb, Şərif kəndinin əkin sahələrinə və bir neçə həyatyanı sahəyə su dolub.

    Qeyd olunub ki, hazırda idarənin texnikaları fəsadların aradan qaldırılması istiqamətində işlər aparıb.

    Tarix : 27-09-2025, 19:20 | Oxunub: 1 512