• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

    28

    may

    Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

    Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin tədricən azaldığı müşahidə olunub.


    Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.


    Ekologiya.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlayıb ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.


    Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

    Tarix : 28-05-2024, 18:30 | Oxunub: 1 723