• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Salyanda süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

    10

    okt

    Salyanda süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonunun Quyçu kəndində fəaliyyət göstərən, fiziki şəxs Arif İnşallah oğlu Cəlilova məxsus süd və süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirib.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub.

    Həmçinin emal sahəsində səthlərin yuyulabilən materialla üzlənmədiyi, temperatura və nisbi rütubətə nəzarət edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, pasterizasiya avadanlıqlarının mövcud olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

    Tarix : 10-10-2025, 19:45 | Oxunub: 1 768