• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Salyanda yem satışı mağazasında nöqsanlar aşkarlanıb

    20

    avq

    Salyanda yem satışı mağazasında nöqsanlar aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Bayram Qənbəralı oğlu Mehdiyevə məxsus yem satışı mağazasında yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı mağazada mənşəyi məlum olmayan yem məhsullarının satışa çıxarıldığı aşkarlanıb, həmçinin müvafiq təmizlik işlərinin görülmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.

    Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və məhsulların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.

    Tarix : 20-08-2025, 18:21 | Oxunub: 1 648