• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəlilabadda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

    19

    okt

    Cəlilabadda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

    Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Ekologiya.az-ın məlumatına görə, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

    Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

    Fakt ilə bağlı araşdırma aparılır.

    Tarix : 19-10-2025, 11:36 | Oxunub: 2 032