• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Maşın su kanalına düşüb, xəsarət alanlar var

    15

    okt

    Maşın su kanalına düşüb, xəsarət alanlar var

    İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.


    Ekologiya.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində İmişli şəhəri Məşədi Əzizbəyov və Qadir İsmayılzadə küçələrinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı Adəm Əzizalıyevin idarə etdiyi 90-ZZ-538 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını və Vüsal Abbasovun idarə etdiyi 77-BE-398 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil toqquşub, “Toyota” su kanalına düşüb. Hadisə zamanı xəsarət alan hər iki sürücü və sərnişinlər Natiq Nəsirov, İsmayıl Abbasov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 15-10-2024, 18:51 | Oxunub: 1 592