• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yasamalda söküntü adıyla yaşıllıqlar məhv edilir – Video

    23

    okt

    Yasamalda söküntü adıyla yaşıllıqlar məhv edilir – Video

    Yasamal rayonunda aparılan söküntü işləri zamanı yaşıllıqlar da məhv edilir.

    Ekologiya.az-a məlumat verən sakinlər bildirib ki, aparılan bu söküntü və tikinti zamanı çoxillik ağaclar gizli formada kəsilərək daşınır. Sakinlər bildirib ki, bu artıq neçənci belə ağacdır ki, kəsilib.

    Sakinlər aparılan işlərə nəzarət edilmədiyini, söküntü aparanların işi necə gəldi gördüyünü bildirib.

    Yasamal rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı.

    Tribunainfo.az

    Gülşən Rəsul


    Tarix : 23-10-2025, 10:52 | Oxunub: 2 000