• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sürücülərə və piyadalara çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb

    23

    okt

    Sürücülərə və piyadalara çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb

    Paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin rahat hərəkətinin və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Ekologiya.az-a bildirilib ki, mərkəzin apardığı monitorinqlərin nəticəsi olaraq quraşdırılan yeni svetoforlar sürücülər və piyadalar üçün yaranmış xaotik vəziyyəti aradan qaldırıb.

    Bundan əlavə, rayonun Şah Abbas və Babək küçələrinin kəsişməsində də yeni svetoforlar quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.

    Tarix : 23-10-2025, 16:34 | Oxunub: 1 472