• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nəsimi rayonunda iki küçənin kəsişməsində yaranan qəza şəraiti aradan qaldırılıb

    29

    dek

    Nəsimi rayonunda iki küçənin kəsişməsində yaranan qəza şəraiti aradan qaldırılıb

    Paytaxtın Nəsimi rayonunda, Nəsib bəy Yusifbəyli və Novruzov qardaşları küçələrinin kəsişməsində nəqliyyat vasitələri və piyadalar üçün növbəli və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə 4 ədəd dirəkdən ibarət yeni nəqliyyat və piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Görülən tədbirlər nəticəsində kəsişmədə yaranan xaotik vəziyyət aradan qaldırılıb.

     

    Tarix : 29-12-2025, 11:47 | Oxunub: 1 888