• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan XİN: Zəfər xalqımızın tarixində möhtəşəm səhifə açıb

    08

    noy

    Azərbaycan XİN: Zəfər xalqımızın tarixində möhtəşəm səhifə açıb

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

    Ekologiya.az xəbər verir ki, paylaşımda deyilir:

    "28 Noyabr - Zəfər Gününün əlamətdar 5-ci ildönümü münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edirik.

    Zati-aliləri Prezident İlham Əliyevin əzmkar rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan bu tarixi zəfər - Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın tarixində möhtəşəm bir səhifə açmışdır.

    Azərbaycanın şanlı qələbəsi sayəsində regionumuz sülh, barışıq və inkişaf dövrünün yeni mərhələsinə qədəm qoymuşdur.

    Bu müqəddəs gündə şəhidlərimizin xatirəsini dərin hörmətlə yad edir və igid qazilərimizə minnətdarlığımızı bildiririk.

    Onların fədakarlığı və misilsiz şücaəti qəlbimizdə əbədi olaraq yaşayacaqdır.

    Zəfər Günümüz Mübarək!"

    Tarix : 8-11-2025, 03:28 | Oxunub: 944