Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Nizami küçəsində fiziki şəxs Üzeir Sərdar oğlu Şahmarova məxsus “Hoqqa” çay evində keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.