• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yasamalda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb

    01

    iyl

    Yasamalda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Seyfulla Rəvxan oğlu Həsənəliyevə məxsus su emalı müəssisəsində aparılmış yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisədə emal prosesində istifadə olunan filtrlər dəyişdirilmir və ya təmizlənmir, ehtiyat su çəni təmizlənmir. Laborator müayinələrin aparılması məqsədilə götürülmüş su nümunələrində koliform bakteriyaları, ümumi mikroorqanizmlərin sayının normadan çox olduğu aşkarlanıb, həmçinin kalsium, maqnezium, sulfat ionlarının miqdarının, ümumi codluğun, pH göstəricisinin etiket məlumatlarında qeyd olunan miqdarla uyğunluq təşkil etmədiyi aşkarlanıb.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

    Tarix : Bu gün, 14:20 | Oxunub: 128