• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lerikdə marketdə yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb

    24

    iyl

    Lerikdə marketdə yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb

    Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lerik şəhəri, E. Qarayev küçəsi 98 ünvanında fəaliyyət göstərən və fiziki şəxs Dövlət Şirməmməd oğlu Bağırova məxsus marketdə yoxlama keçirib.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib. Həmçinin yararlılıq müddəti bitmiş qida məhsulları (unlu və şəkərli qənnadı məmulatları, tum, alkoqolsuz içki) aşkarlanıb.

    Faktla bağlı istehlaka yararsız məhsulların qadağan olunması, dövriyyədən çıxarılması və məhv edilməsinə dair qərar qəbul olunub, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

    Tarix : 24-07-2025, 10:23 | Oxunub: 1 360