• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İmişlidə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı - Fuad  Şirinov inzibati məsuliyyətə cəlb olundu

    09

    yan

    İmişlidə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı - Fuad Şirinov inzibati məsuliyyətə cəlb olundu

    İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən, Şirinov Fuad Həmid oğluna məxsus çörək emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb.

    Müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi qurulmayıb, xammal anbarında unlar divardan ara məsafə gözlənilmədən saxlanılır. Eləcə də emal prosesində istifadə edilən avadanlıqlar təmiz saxlanılmır, divarlar qaralıb, döşəmə çirkli vəziyyətdədir, işçilər xüsusi geyimlə təmin edilməyib, müvafiq təmizlik işləri görülmür və digər tələblər pozulub.
    Ekologiya.az bildirri ki, faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

    Tarix : 9-01-2026, 12:50 | Oxunub: 2 656