• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Göyçayda alkoqolsuz içkilərin emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

    16

    yan

    Göyçayda alkoqolsuz içkilərin emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

    Göyçay rayonu, Çayarxı kəndində fəaliyyət göstərən, fiziki şəxs Osmanov Ramin İttifaq oğluna məxsus alkoqolsuz içkilərin emalı (limonad emalı) müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib.


    Müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, emal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb.


    Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq sanitar-gigiyenik tələblər gözlənilmədən kustar üsulla içkilərin qablaşdırılmasında istifadə olunduğu, həmçinin içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında məhsulların təbii meyvələrdən hazırlandığı qeyd olunsa da siroplardan istifadə edildiyi məlum olub.


    Faktla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, laborator müayinələrin aparılması üçün içkilərdən nümunələr götürülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

    Tarix : 16-01-2025, 15:18 | Oxunub: 1 520