• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava kəskin DƏYİŞİR: Güclü külək XƏBƏRDARLIĞI

    13

    fev

    Hava kəskin DƏYİŞİR: Güclü külək XƏBƏRDARLIĞI

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə fevralın 14-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Ekologiya.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Tarix : 13-02-2026, 16:20 | Oxunub: 1 992