Ağdam rayonunun İmamqulubəyli kəndinin sakini Hüseynov Sənan Elbrus oğluna məxsus evdə yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb edilib. Hazırda yanğının yayılmasının qarşısı alınır.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.