• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis Qaradağda əməliyyat keçirdi – SAXLANILAN VAR - FOTO/VİDEO

    25

    fev

    Polis Qaradağda əməliyyat keçirdi – SAXLANILAN VAR - FOTO/VİDEO

    Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

    Ekologiya.az DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb.

     

    Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.


    Araşdırmalarla müəyyən olunub ki, A. Əhmədov istintaqla şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlarda gizlətməyi planlaşdırıb.
     

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




    Tarix : 25-02-2026, 14:55 | Oxunub: 1 360