• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

    26

    fev

    küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

    Fevralın 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Ekologiya.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Ağdam, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Tərtər, Bərdə, Mingəçevir, Sabirabad, Salyan, Biləsuvar, Neftçala, Zəngilan, Hacıqabul, Cəlilabad, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

    Tarix : 26-02-2026, 20:20 | Oxunub: 2 752