• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda zavodda partlayış - 3 yaralı var

    27

    fev

    Sumqayıtda zavodda partlayış - 3 yaralı var

    Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib.

     

    Ekologiya.az “Report”a istinadən xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Zakir oğlu Davidov və 1997-ci il təvəllüdlü Coşğun Ruşan oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

     

    Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.

     

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 27-02-2026, 10:23 | Oxunub: 1 632