• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Silah-sursatın ələ keçirildi, 61 nəfər saxlanıldı

    28

    fev

    Silah-sursatın ələ keçirildi, 61 nəfər saxlanıldı

    Fevralın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, axtarışda olan 145 nəfər saxlanılıb.


    ⁠Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. ⁠Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.


    Ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Tarix : 28-02-2026, 11:52 | Oxunub: 1 320