• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda məşhur restoran sökülür

    05

    mar

    Bakıda məşhur restoran sökülür

    Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan bağı" restoranı söküləcək.

    Ekologiya.az "Qaynarinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı "Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.

    Bildirilir ki, "Xan bağı" restoranın bir hissəsi "Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.

    Məhkəmə "Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.

    Qərara əsasən, fiziki şəxs Namiq Xankişi oğlu Qaybalıyevə məxsus "Xan bağı " restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.

    Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.



    Tarix : 5-03-2026, 08:58 | Oxunub: 1 184