• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağacların qanunsuz kəsilməsi faktı aşkar ounub

    15

    okt

    Ağacların qanunsuz kəsilməsi faktı aşkar ounub

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi faktı aşkar ounub. 

    Ekologiya.az-ın xəbərinə görə, araşdırma zamanı ağacların Bakı şəhəri Şahin Səmədov küçəsində yerləşən “Qarabağlar” ictimai-iaşə obyekti, Nizami rayonu Şirin Mirzəyev küçəsi 220 ünvanında yerləşən “İnci” şadlıq sarayı və Bəkir Çobanzadə küçəsində yerləşən “Ağ saray ” ictimai-iaşə obyekti, Yasamal rayonu Abdulla Şaiq küçəsi “Xəqani” yay klubunun ərazisində Fuad Axundov, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi küçə 1, dalan 1-4 ünvanında yerləşən iaşə obyektinin qarşısında Məhəmməd Hacıyev və Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 3 nömrəli məktəbin ərazisində tikinti işləri aparan “Hidrokonstroqsion” MMC tərəfindən kəsildiyi müəyyən edilib.

    Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    Tarix : 15-10-2024, 09:43 | Oxunub: 1 584