• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəzər dənizində köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri xilas edilib

    05

    mar

    Xəzər dənizində köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri xilas edilib

    Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. 

    Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri – 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılmışdır.

    Tarix : 5-03-2026, 11:06 | Oxunub: 5 600