• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlanıb

    06

    mar

    Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlanıb

    Füzuli şəhəri, H.Əliyev prospektindəki “Səma” marketdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları yoxlama aparıblar.


    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, yoxlama zamanı marketdə müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb.


    İçkilərin orijinaldan fərqli doldurulduğu, başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixlərinin qeyd edilmədiyi, köhnə etiketin üzərindən yeni etiketin vurulduğu müəyyən olunub.


    Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, məhsullar satışdan kənarlaşdırılıb.

    Araşdırmalar davam etdirilir.

    Tarix : 6-03-2026, 12:15 | Oxunub: 1 608