• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz saxlanılan 4 avtomat, 14 tüfəng aşkar edilib

    10

    mar

    Qanunsuz saxlanılan 4 avtomat, 14 tüfəng aşkar edilib

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

    Ekologiya.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

    Bildirilib ki, martın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 qumbara, 4 alışdırıcı, 14 tüfəng, 3 patron darağı və 91 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


    Tarix : 10-03-2026, 09:20 | Oxunub: 1 112