• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağsuçaydan keçən sel avtomobil yolunu yararsız hala salıb

    28

    mar

    Ağsuçaydan keçən sel avtomobil yolunu yararsız hala salıb

    Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

    Yolun açılması istiqamətində işlər görülür.


    Tarix : 28-03-2026, 14:35 | Oxunub: 2 168